SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

img

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirəcək. 

Rezonans.az xəbər verir ki, 18 aprel saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 022-236-19-04; 050-845-74-17) müraciət edə bilərlər.

Xəbəri paylaş: