Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.
Rezonans.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, sertifikatlaşdırma bu ilin iyun ayında keçiriləcək.
“Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq”, - deyə E. Bağırov qeyd edib.