Heydər Əliyev və tariximiz

img

Bəşəriyyət yarandıgı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib. Bu şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri xalqın gələcəyinə işıq tutub, onların tarixdə mövqeyini müəyyənləşdirib. Elə buna görə də belə şəxsiyyətlər tarixdə dahi öndər kimi öz layiqli yerlərini tutublar.

XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərində Azərbaycan tarixinin ən görkəmli siması Heydər Əliyevdir.


Azərbaycan tarixinə Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi azərbaycanlıların ümummilli lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil olmuşdur. 1993-cü ildə oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir.


Ümummilli liderimizin siyasi bacarıgı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açılmışdır. Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradılmışdır.


Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.


Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir.


Heydər Əliyev hər zaman "Azərbaycan mənim ürəyimdir!", "Azər- baycan mənim nəfəsimdir!", "Azərbaycan mənim həyatımdır!" deyərək müasir Azərbaycan dövlətini qurmuşdur.


Ulu öndər Heydər Əliyev təhsil haqqında belə demişdir:


"Təhsil millətin gələcəyidir."


"Mən dünyada müəllimdən yüksək ad tanımıram."


"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviy- yəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə və müəllimə borcluyuq."


"Mən Azərbaycanın sadə vətəndaşıyam, ancaq bu addan yüksək ad yoxdur. Ancaq bu addan da yüksək ad müəllimlikdir."


"Müəllimlik sənəti şərəfli bir sənətdir."


"Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xal- qına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır."


Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər.


XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhə miyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir.


Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu münasibətlərə birmənalı olaraq aşağıdakı şəkildə nöqtə qoymaq olar:


Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyətdir.


Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmışdır.


Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.


Biz də, Ümummilli lider Heydər Əliyevi dərin hörmət, böyük sevgi və ehtiramla anırıq.



Zöhrə Səmədova

Xəbəri paylaş: