Səbinə Əliyeva: "Mina problemi bölgədə aparılan yenidənqurma işlərinə maneə törədir”

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusuna həsr olunmuş tədbirdə iştirak edib.


Rezonans.az xəbər verir ki ki, tədbirdə çıxış edən Müvəkkil xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi nəticəsində beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu bildirib. 


İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edən Müvəkkil bu missiyalar nəticəsində maddi-mədəni irsimizin silinməsi məqsədilə törədilmiş cinayətlərin faktlarla sübuta yetirildiyini qeyd edib.


Azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması və bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasının zəruriliyindən danışan Ombudsman onların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışının vacibliyini bir daha diqqətə çatdırıb.


Otuz illik işğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan S.Əliyeva mina probleminin bölgədə aparılan yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışı prosesinə maneə törətdiyini vurğulayıb.

Xəbəri paylaş: