İki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir

img

Prezident cənab İlham Əliyev Mərkəzi Asiya dövlətləri, o cümlədən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və təşkilat çərçivəsində çoxtərəfli iqtisadi və siyasi əlaqələrin qurulmasına böyük önəm verir. Ölkə başçımız Türkdilli Dövlətlərin birləşməsində misilsiz xidmətlər göstərir və Türk Dövlətləri təşkilatının yaradılması ideyasının müəllifidir.


Ortaq dinə, mədəniyyətə, eyni tarixi köklərə mənsub Türkdilli Dövlətləri özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan dövlətlərində böyük sevinclə qarşılandı. Qazaxıstan və Özbəkistandan sonra Qırğızıstan da işğaldan azad edilmiş Ağdam şəhərində məktəb tikdirib Azərbaycana   hədiyyə etməsi dostluğumuzun və qardaşlığımızın nümunəsidir. Cari ilin 24 aprel tarixində Qazaxıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər etdi və iki dövlət arasında iqtisadi, sosial və humanitar sahələri əhatə edən bir çox sənədlər imzalandı. Prezident cənab İlham Əliyev Qırğızıstan Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi.


Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq. Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində 5 ulduzlu otelin tikintisinə başlayıb, eləcə də Qırğızıstanda bərpa olunan enerji üzrə layihələrdə də iştirak edəcək. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək.

Humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. 


Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri Türk dünyası birliyinin nümunəsidir.


Kamila Əliyeva

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: