Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu

img

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov  klublar arasında Almaniya çempionatında iştirak edib.

Rezonans.az xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub. Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.

Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub. 

Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.

Xəbəri paylaş: