Restoranda asılmış kişi meyiti tapıldı

img

Şamaxıda kişi restoranda özünü asıb.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Mədrəsə kəndində qeydə alınıb.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti hazırda işlək olmayan "Çınarlı" restoranında asılmış vəziyyətdə aşkar edilib.

 

Onun intihar etdiyi ehtimal edilir.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: