Kürdəxanıda evin mansarı söküldü - VİDEO

img

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Rezonans.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tikili üzərində qanunsuz olaraq əlavə mərtəbə - mansard tikintisinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq tikilən mansard sökülüb.

 

Xəbəri paylaş: