Qəbələdə vətəndaş problemləri diqqətdə saxlanılır

img

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. 


Rezonans.az xəbər verir ki ki, qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri dinlənilmişdir. Onların irəli sürdükləri təkliflərin, qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. 


Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Xəbəri paylaş: