Hərbçilərimiz Türkiyəyə təlimə GETDİLƏR...

img

“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

 

Bu barədə Rezonans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.


Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.

Xəbəri paylaş: