“Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil, ayrı-ayrı dövlətlərin digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün əllərində alətə çevrilib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir”.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Bildirim ki, həmin sanksiyalar heç bir əhəmiyyət daşımır. O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar. Bu gün Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmeni, Fransada anasını, atasını tanımayan deputatlar Azərbaycanda hansısa hakimlərin adını tanıyır, onlara sanksiya tətbiq edilməsini tələb edir. Bu gün Azərbaycandan donos verən antimilli şura üzvləri, tiktoker Əli Kərimli özlərinin toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışırlar. Digər tərəfdən xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə qarşı qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkədir ki, 700 jurnalistə ev tikib verib. Hansı ölkə nümunəsində bunu göstərmək olar?”,- deyə o bildirib.