"Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb" - Nazir

img

Ermənistan və Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi çərçivəsində müvafiq əraziləri birgə minalardan təmizləyib və coğrafi koordinatları müəyyən ediblər. 

Rezonans.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib.

O, sərhəd dirəklərinin quraşdırılmasının demək olar ki, başa çatdığını vurğulayıb.

Bayramov qısa müddət ərzində çox böyük işlərin görüldüyünü qeyd edib. 

Xəbəri paylaş: