Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə səfər edib

img

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

 

Rezonans.az xəbər verir ki, generalın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərini izləyib.

 

Bu il keçirilən təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

Xəbəri paylaş: