İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdlə bağlı paylaşım etdi

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.

Rezonans.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.

Xəbəri paylaş: