
Britaniya Müdafiə naziri Ben Uolles Rusiyanı aclığın inkişaf edə biləcəyi ölkələrə kömək etmək üçün Ukraynadan taxıl ixracına maneə olmağı dayandırmağa çağırıb.
Bu barədə Rezonans.az The Guardian-a istinadən xəbər verir.
Nazir həmçinin ixracın dayandırılması müqabilində ölkəyə qarşı sanksiyaların ləğvi ideyasını da rədd edib. Bununla belə, o, digər Qara dəniz ölkələrinin taxıl daşınmalarını müşayiət edə bilməsi təklifini alqışlayıb.