Şarl Mişeldən Rusiyaya xəbərdarlıq

img

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Moskvaya xəbərdarlıq edib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Mişel Rusiya siyasi rəhbərliyini dezinformasiya yaymamağa çağırıb.

 

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhdid altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel sosial şəbəkə hesabında yazıb.

Xəbəri paylaş: