COVID-19-dan ölənlərin sayı 11 faiz AZALIB

img

Son bir həftə ərzində 3,7 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox pasiyent ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölənlərin sayı isə 11 faiz azalıb.

 

Rezonans.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, mayın 16-dan mayın 22-dək, yanvardakı yüksək göstəricilərdən sonra azalma tendensiyası davam edib. Belə ki, xəstəlik 3 faiz, ölüm isə 11 faiz azalıb.

 

ÜST-ə 3 721 079 infeksiyaya yoluxma və 9 440 ölüm faktı barədə məlumat daxil olub.

Xəbəri paylaş: