Əli Hüseynli Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşəcək

img

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşəcək.

Rezonans.az xəbər verir ki, Əli Hüseynli  burada Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən təşkil olunacaq 28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq. 

Tədbirdə Macarıstan Parlamentinin vitse-spikerinin və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub. 

Səfər çərçivəsində Əli Hüseynlinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələrinin gücləndirilməsi  məqsədilə  bir sıra görüşləri də gözlənilir.

Səfər mayın 29-da başa çatacaq.

Xəbəri paylaş: