Türkdilli dövlətlərin nazirləri Şuşada toplandı

img

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilir.

Rezonans.az xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Kongratbay SH Aripov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, YÖK Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edir.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Xəbəri paylaş: