BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisası niyə ləğv olunub? - Nazir AÇIQLADI

img

Elm və təhsil naziri Emin Əmrullayev BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib.

Rezonans.az xəbər verir ki, nazir bu barədə Şuşada jurnalistlərə açıqlama verib. 

Onun sözlərinə görə, SABAH qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub: "Heç vaxt bir universitetdə iki ixtisas olmayıb. SABAH qrupunun əsas fəlsəfəsi ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayırıq. SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil. Orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək.

Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik". 

Xəbəri paylaş: