Ölkəmizdə qaçqın statusu almış şəxslərin övladları üçün bayram tədbiri keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Dövlət Miqrasiya Xidməti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qaçqın ailələrdən olan uşaqların cəmiyyətə mədəni inteqrasiyasına və maarifləndirilməsinə töhfə vermək məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda bayram tədbiri keçirilib.

Rezonans.az xəbər verir ki , tədbirdə Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşları Turan Cahangirova və İlahə Əfqanlı iştirak ediblər.

T.Cahangirova tədbirdə çıxış edərək, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara Azərbaycan Ombudsmanının təbriklərini və xoş arzularını çatdırıb. Eyni zamanda, Ombudsman tərəfindən ənənəvi olaraq elan edilən “İnsan Hüquqları Aylığı” və “Uşaq Hüquqları Aylığı” çərçivəsində ölkəmizin bütün bölgələrində uşaq və gənclərin iştirakı ilə təşkil olunan silsilə maarifləndirmə tədbirləri barədə məlumat verilib.

Həmçinin sosial cəhətdən həssas ailələr də əhatə olunmaqla, uşaqların bərabər şəkildə hüquq və mənafelərinin qorunması, onların milli-mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyəsi, tolerantlıq mühitində hərtərəfli inkişafı və sağlam böyümələri üçün ölkəmizdə geniş imkanların yaradıldığı və Ombudsman təsisatının bu proseslərdə aktiv şəkildə öz fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Sonra uşaqlar üçün xüsusi əyləncəli proqram təşkil edilib, onlara hədiyyələr təqdim olunub.



Xəbəri paylaş: