İsrail reaktiv qırıcılarla Livanı VURDU

img

İsrail Silahlı Qüvvələri (TSAXAL) reaktiv qırıcıları ilə Livanın cənubundakı hədəflərə hücum edib. 

Rezonans.az xəbər verir ki, bu barədə TSAXAL məlumat yayıb. 

Məlumata görə, hücumla "Hizbullah" hərəkatının əhəmiyyətli aktivləri və terror infrastrukturu məhv edilib. 

İsrail ordusu həmçinin bildirib ki, bu səhər Livanın cənubundan iki raket atılıb və İsrailin şimalındakı açıq əraziyə düşüb.

Xəbəri paylaş: