İran helikoperin qalıqlarının tapılmasına görə Türkiyəyə təşəkkür edib

img

İran dövləti prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.

Rezonans.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

"İran bizə təşəkkür etdi", - nazir qeyd edib.

Qeyd edək ki, helikopterin qalıqlarını Türkiyəyə məxsus "Akıncı" PUA-sı tapda da, İran Baş Qərargahı bunu təkzib edərək, helikopteri onlara məxsus PUA-ların tapdığını açıqlayıb.

Xəbəri paylaş: