"Son 6 ildə 545 minə yaxın şəxs işlə təmin olunub" - Nazir müavini

img

Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub.

Rezonans.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 

Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”.

A.Əliyev qeyd edib ki, bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürən sayı 4650-ə yaxındır: "Ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir. Bu gün kvota iş yerlərində 25 min şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır”.

Xəbəri paylaş: