3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı

img

Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyənləşdirilərək saxlanılıb.

Həmçinin rayon polis idarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində müxtəlif vaxtlarda daha iki nəfərin bank kartından 310 və 6 min manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyənləşdirilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının isə keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş: