Azərbaycan millisi Fransanı məğlub ETDİ

img

Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinada təşkil olunan Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib. 

Rezonans.az xəbər verir ki, yığma F qrupunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yer aldığı qrupda maksimum nəticə göstərən milli turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Xəbəri paylaş: