Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanılıblar

img

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və  qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: