Sumqayıtda 2 qumbara tapıldı

img

Sumqayıtda iki “F-1” markalı əl qumbarası aşkar edilib.

Rezonans.az verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəllədə qeydə alınıb.

Məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: