SEPAH hərbi müşavirin öldürülməsinə görə İsraili hədələdi

img

İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir.

Rezonans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb. 

O, bu həftənin əvvəlində İsrailin Hələb kənarında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşaviri Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib: "Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər". 

Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.

Xəbəri paylaş: