Simonyan Sloveniyada Azərbaycanla danışıqlar prosesini müzakirə etdi

img

Ermənistan parlamentinin spikeri Alen Simonyan Sloveniyaya rəsmi səfəri çərçivəsində Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts-Musar ilə görüşüb.

Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Görüşdə Cənubi Qafqaz, Avropa və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

"Alen Simonyan Nataşa Pirts-Musara Ermənistan-Azərbaycan danışıqlarının həlli prosesini təqdim edib...Spiker Ermənistanın Cənubi Qafqazda sülhü bərqərar etmək əzmində olduğunu qeyd edib", - məlumatda deyilir. 

Xəbəri paylaş: