Ermənistan prezidenti: “Biz həqiqətən sülh istəyirik

img

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik".

 

Rezonans.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan xarici KİV-ə müsahibəsində deyib.

 

"Həqiqətən də ərazidə qonşuların dinc yaşayışı olmadan, təkcə bizim deyil, regionun bütün ölkələri üçün irəliyə doğru addımlamaq mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam" - Ermənistan prezidenti Azərbaycanla sülhdən danışıb.

 

Xaçatryanın sözlərinə görə, Ermənistan regionda dinc yaşayış üçün imkanlar tapmalıdır. O vurğulayıb ki, sülh müqaviləsi imzalanandan sonra birgə dinc yaşama erası başlamalıdır.

Xəbəri paylaş: