"Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır" - İlham Əliyev

img

Azərbaycan ilə Macarıstan strateji tərəfdaşlardır, müvafiq sənədlər də imzalanıb. Eyni zamanda, biz bir çox sahələrdə fəal işləyirik.

Rezonans.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır”.

Xəbəri paylaş: