![img](/uploads/posts/2024-06/medium/1717999584_365502.jpg)
Rusiyanın Kalmıkiya Respublikasının Yaşkul bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"2024-cü il iyunun 10-da Kalmıkiya Respublikasının Yaşkul rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, Cənub Nəqliyyat Prokurorluğunun tapşırığı ilə Həştərxan Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyinə dair qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edib", - məlumatda deyilir.
Hadisə nəticəsində ölən və ya yaralıların olduğu açıqlanmayıb.