![img](/uploads/posts/2024-06/medium/1718005968_a7e737a4-26f5-11ef-8b8d-02420a0000c9_1024.webp)
Dağıstanın Buynaksk şəhərinin 270-dən çox sakini kəskin bağırsaq infeksiyası əlamətləri ilə həkimlərə müraciət edib.
Rezonans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın mətbuat katibi Arip Arimov bildirib.
"Buinaksk xəstəxanasına 270-dən çox insan kəskin bağırsaq infeksiyası əlamətləri ilə müraciət edib. Hazırda 30-dan çox insan xəstəxanaya yerləşdirilib, onlardan 21-i azyaşlıdır", - məlumatda deyilir.
Kütləvi zəhərlənmənin səbəbi hələlik məlum deyil.