Azərbaycan karateçiləri Gürcüstanda 3 medal qazanıblar

img

Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Open Georgia” beynəlxalq turnirində 3 medal qazanıblar.

Rezonans.az xəbər verir ki, turnirdə Azərbaycanı 6 idmançı təmsil edib.

"Qapıçıq” klubunun üzvləri ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş medal əlavə etdiriblər. Kumite yarışlarında iştirak edən Xədicə Bayramova (30 kq) 10-11 yaş kateqoriyasında rəqiblərini üstələyərək qızıl medal qazanıb. Nərgiz Həsənli (61 k) 14-15 yaş kateqoriyasında ikinci olub. Kata yarışlarında iştirak edən Kənan Qənbərov (+55 kq) isə 12-13 yaşlılar arasında ikinci yeri tutub.

Xəbəri paylaş: