İstanbulda XV Şərq Xalçaları Beynəlxalq Konfransı (ICOC) keçirilib

img

Akademik sessiyalar, sərgilər və tematik turlardan ibarət konfransda müxtəlif ölkələrin xalçaşünas alimləri, kolleksionerləri iştirak ediblər. 


Rezonans.az xəbər verir ki, xalça sənətinin beynəlxalq səviyyədə təbliği, mədəni əlaqələrin gücləndirilməsi və genişləndirilməsi, tədqiqatların həyata keçirilməsi məqsədilə təşkil olunan beynəlxalq tədbirə Azərbaycan Milli Xalça Muzeyinin direktor müavini, baş mühafiz, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova da qatılıb. Mira xanım konfransın, həmçinin tədbir çərçivəsində keçirilən xalça sərgilərinin müxtəlif ölkələrdən olan mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsi, araşdırmaların aparılması, gələcəkdə birgə layihələrin reallaşdırılması, həmçinin təcrübə mübadiləsi baxımından effektiv olduğunu vurğulayıb.

Xəbəri paylaş: