Liviya Prezidenti İlham Əliyevi təbrik ETDİ

img

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Rezonans.az xəbər verir ki, təbrik məktubunda bildirilir:


“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Xəbəri paylaş: