Zelenski istədiyini alacaq - Bu ölkə “Patriot”lar göndərir

img

Rumıniyanın Ali Müdafiə Şurası “Patriot” HHM sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib.

Rezonans.az xəbər verir ki, bu barədə Rumıniya Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.

“Şura üzvləri Ukraynada təhlükəsizliyin təhdiddə olması, eləcə də bu vəziyyətin regional nəticələri, o cümlədən Rumıniyanın təhlükəsizliyi üçün “Patriot” sistemini Ukraynaya təhvil vermək qərarına gəliblər”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çağırışlarında “Patriot” məsələsini dəfələrlə gündəmə gətirib.

Xəbəri paylaş: