Rusiyanın 41 şirkətinə də sanksiya tətbiq edildi

Rusiyanın 41 şirkətinə də sanksiya tətbiq edildi

Yaponiya Rusiyanın 41 şirkət və təşkilatına sanksiyalar tətbiq etməyə başlayıb.

Rezonans.az xəbər verir ki, məlumat xarici KİV-də yayılıb.

Bildirilib ki, sözügedən qərarı Yaponiya Nazirlər Kabineti dərc edib.

Sanksiyaya məruz qalan şirkətlər sırasında Obuxov zavodu, S.V.İlyuşin adına Aviasiya Kompleksi, “Tupolev”, “Alrosa”, “Almaz-Antey” konserni, Çelyabinsk Traktor Zavodu və digərləri yer alıb.

Xəbəri paylaş: