Üzgüçülərimiz Olimpiya Oyunlarına lisenziya qazandılar

img

Azərbaycan iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən, rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Xəbəri paylaş: