Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB yeni bir layihənin icrasına start verib

img

Azərbaycan Respublikasının   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  maliyyə dəstəyi ilə  Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB 

"Jest Dilində Danışan Uşaqlarda ünsiyyətqurma Bacarığının və lüğət ehtiyatlarının artırılması Üzrə

təşəbbüslər" adlı yeni bir layihənin icrasına start verib.


01.06.2024-cü  il tarixində başlanılan, 3 ay müddətində icrasi nəzərdə tutulan layihənin məqsədi eşitmə  və nitq qabiliyyəti tam məhdud olan şəxslər arasında effektiv ünsiyyətin qurulması, uşaqlara göstərilən pedoqoji xidmət səviyyəsinin yüksəldilməsi, onların valideynləri arasında maarifləndirmə işinin təşkili və jest dilindən istifadə bacarıqlarının artırılmasıdır. 


Təşkilat sədri Aidə Səfərovanın Rezonans.az-a verdiyi məlumata görə layihə Bakı, Sumqayıt , Lənkəran şəhərlərini əhatə edəcək. 


Layihə çərçivəsində jest dili təlimlər Eşitmə  qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi uşaq bağçasında, Lənkəran şəhəri Inteqrasiya təlimli internat tipli gimnaziya və Sumqayıt şəhər Inteqrasiya təlimli internat tipli gimnaziyada keçirilməsi nəzərdə tutulur.

Xəbəri paylaş: