Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

img

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Rezonans.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çəlik

Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kriştano Ronaldo, Joao Feliks. Baş məşqçi: Roberto Martinez.

Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıblar. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.

Xəbəri paylaş: