Güləşçilərimiz beynəlxalq turnirdə 3 medal qazandı

img

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından Rezonans.az-a verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin üzvləri Sabir Cəfərov (70 kiloqram), Əşrəf Aşırov (79 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) təmsil ediblər.

Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.

Xəbəri paylaş: