AZPROMO Almaniyada keçirilən Forumda iştirak edib

img

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçirilən “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”nda təmsil olunub.

 

Rezonans.az xəbər verir ki, forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin yaşıl investisiya potensialı haqqında məlumat verib, Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirib və münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sözügedən sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

 

Tədbir zamanı Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər təqdimatlarla çıxış edib, ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunub. 

 

Qeyd edək ki, forumda Avropadan 125 mühəndis, alim, dövlət qurumların nümayəndələri, yerli və xarici qonaqlar iştirak edib.

Xəbəri paylaş: