![img](/uploads/posts/2024-06/medium/1710253784_qaz_esas_025684.jpg)
Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq.
Rezonans.az-ın məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatı sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.