Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Rezonans.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 4 oyun baş tutacaq.

E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.

F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya kollektivi isə Gürcüstanı sınağa çəkəcək. Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları davam edir.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Xəbəri paylaş: