Vorkuta - Novorossiysk sərnişin qatarının relsdən çıxdığı yerdə iki nəfərin meyiti tapılıb.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
Qeyd olunur ki, daha bir sərnişinin yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Axtarışlar davam etdirilir.
“Rusiya Dəmir Yolları” əmin edib ki, həlak olanların yaxınları 2 milyon 25 min rubl məbləğində sığorta ödənişi alacaqlar. Bundan əlavə, şirkətdən əlavə 2 milyon rubl ödəməyə qərar verilib.
Xəstəxanaya yerləşdirilən zərərçəkənlərə 1 milyon rubl, qalanlara isə 500 min rubl ödəniləcək.
Şirkət hadisəni araşdırdığını və faciəvi hadisənin bütün təfərrüatlarının müəyyən edilməsində istintaqa hərtərəfli köməklik göstərdiyini bildirib.