ABŞ Dövlət Departamenti dövlət katibi Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin Azərbaycana gözlənilən səfərini şərh edib.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
"Biz regionda bir sıra həll olunmamış problemlərin həlli istiqamətində diplomatik fəaliyyətimizi davam etdiririk. Artıq bir müddətdir ki, bunun üzərində işləyirik. Dövlət katibinin köməkçisi oraya müntəzəm səfərlər edir", - Miller qeyd edib.
Xatırladaq ki, O'Brayen 2 həftə əvvəl İrəvana, ötən ay isə Gürcüstana səfər edib.