"Vaxtı ilə Zəngəzur dəhlizinə, sülhə mane olanlar..." - Siyavuş Novruzov

img

Vaxtı ilə Zəngəzur dəhlizinə, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gəlib bizə dəstək olurlar".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Siyavuş Novruzov deyib.  

O bildirib ki, Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının konqresdə müdafiə olunmasını tələb edirlər: “Aparılan sabit, qətiyyətli və dözümlü siyasətin nəticəsi budur. Həmçinin, tərpənən layların yerinə qoyulması da budur. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr bir daha onu göstərir ki, hələ bunlar düşünənə qədər Azərbaycan Prezidenti artıq bu işləri çoxdan düşünüb”.

Xəbəri paylaş: