ÜST dünya üzrə meymunçiçəyinə yoluxma sayını açıqladı

img

2024-cü ilin may ayında dünyada ən azı 646 meymunçiçəyinə yoluxma halı qeydə alınıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. 

Yoluxma hadisəsindən 15-i ölümlə nəticələnib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ilin yanvar ayından bu günə qədər yoluxma sayı 97,7 mini keçib.

Mayın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 961) qeydə alınıb. Sonrakı onluqda Braziliya (11 212), İspaniya (8 030), Fransa (4 249), Kolumbiya (4 238), Meksika (4 109), Böyük Britaniya (3 952), Almaniya (3 847), Peru (3 812) və Çin (2,403) qərarlaşıb. 2022-ci ilin əvvəlindən virusa yoluxanların böyük əksəriyyəti (96,4%) 29-41 yaş arası kişilərdir.

Xəbəri paylaş: